Yuxarı
    Bağlamaq

    Araz Əzimov: "Multikulturalizm və tolerantlıq Azərbaycanın brendləridir"

    Beynəlxalq qanunlardan danışırıqsa, gərək hər bir cəmiyyətin nümayəndələri buna hörmət eləsin

    Bakı. 6 may. REPORT.AZ/ "Azərbaycan beynəlxalq əməkdaşlığa töhfə verən ölkələrdəndir. Azərbaycanın bir növ öz brendləri formalaşıb, bu da multikulturalizm, tolerantlıqdır".

    "Report"un məlumatına görə, bunu IV Bakı Mədəniyyətlərarası Qlobal Forumu çərçivəsində keçirilən "Sülh qurarkən: BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti" paneldə Azərbaycan xarici işlər nazirin müavini Araz Əzimov deyib.

    Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan YUNESKO ilə əməkdaşlığın 25 illiyini qeyd edəcək: "Biz dünyaya öz nailiyyətlərimizi nümayiş etdirmək istəyirik".

    A. Əzimov deyib ki, forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil.

    Nazir müavini, həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Onun fikrincə, münaqişənin əvvəlində müəyyən tədbirlər görmək olardı. "Hazırda bu vəziyyət Gürcüstanda baş verir. Orada vəziyyət nəzarətdən çıxıb və Gürcüstan preventiv tədbirlər görməli olur. Xüsusi olaraq, beynəlxalq qurumların hansı tədbir görüb-görməməyini də qeyd etmək istəyərdim. Əgər biz beynəlxalq qanunlardan danışırıqsa, gərək hər bir cəmiyyətin nümayəndələri buna hörmət eləsin".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi