AQFETM ölkələri növbəti iki il üçün biznesin inkişafı üzrə fəaliyyət planı qəbul edib

AQFETM ölkələri növbəti iki il üçün biznesin inkişafı üzrə fəaliyyət planı qəbul edib Pekində AQFETM ölkələrinin xarici işlər nazirlərinin görüşü başa çatıb
Xarici siyasət
28 Aprel , 2016 13:02
AQFETM ölkələri növbəti iki il üçün biznesin inkişafı üzrə fəaliyyət planı qəbul edib

Bakı. Aprel 28. REPORT.AZ/ Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) ölkələri 2016-2018-ci illər üçün kiçik və orta biznesin inkişafı üzrə fəaliyyət planı qəbul edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə AQFETM ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunu olaraq Çinin XİN başçısı Van İ məlumat verib.

Qeyd edək ki, AQFETM sammiti aprelin 27-28-də Pekində keçirilib. AQFETM Asiya ölkələri arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Onun tərkibinə 26 dövlət, BMT, ATƏT və Ərəb Dövlətləri Liqası (ƏDL) da daxil olmaqla 12 müşahidəçi daxildir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Son xəbərlər

Orphus sistemi