Antalyada Azərbaycan XİN başçısı və ABŞ dövlət katibinin müavini arasında görüş keçirilib

Antalyada Azərbaycan XİN başçısı və ABŞ dövlət katibinin müavini arasında görüş keçirilib Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nulandla görüşüb
Xarici siyasət
13 May , 2015 18:35
Antalyada Azərbaycan XİN başçısı və ABŞ dövlət katibinin müavini arasında görüş keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib

Nazirlikdən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didier Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakiya xarici işlər naziri Miroslav Lajcak və Xorvatiya baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusic ilə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıb. 

Elmar Məmmədyarov həmçinin ABŞ tərəfinin xahişi ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nulandla görüşüb.

Son xəbərlər

Orphus sistemi