Avropa Bərpa Planı büdcə mühafizəkarlarının "atəşinə" tuş gəlir

Avropa Bərpa Planı büdcə mühafizəkarlarının "atəşinə" tuş gəlir İsveçin Baş naziri Stefan Löfven 150 milyard avro tələb edir.
Xarici siyasət
20 İyul , 2020 10:55
Avropa Bərpa Planı büdcə mühafizəkarlarının atəşinə tuş gəlir

Brüsseldə iki gündür bir araya gələn Avropa İttifaqı (Aİ) liderləri 750 milyard avroluq (860 milyard dollar) stimulverici paket barədə razılığın əldə olunması üçün  mübarizə aparırlar. Belə ki, maliyyə baxımından savaşcı şimal ölkələri öz imkanlarından istifadə edərək planın pozulmasına çalışır.

Danışıqlarda iştirak etmiş diplomata görə, Hollandiya hökumətinin, proqramdakı qrantların həcminin 500 milyard avrodan 450 milyard avroya endirilməsini nəzərdə tutan yeni təklifi məmnuniyyətlə qəbul etməsinə baxmayaraq,  Avstriya, Finlandiya və digərləri bu rəqəmi 400 milyard avrodan xeyli aşağı salmaq istəyir.

"Report" xəbər verir ki, "Ansa" online qəzetin məlumatına əsasən, İsveçin Baş naziri Stefan Löfven 150 milyard avro tələb edir.

Beş ayda ilk dəfə Belçika paytaxtında bir araya gəlmiş liderlərin əksəriyyəti 100 mindən çox avropalının COVID-19-dan öldüyü və iqtisadiyyatları sarsılmış blokdan qətiyyətli cavab gözləyir. Çünki Hollandiyadan Mark Ruttenin başçılıq etdiyi kiçik bir qrup xalqın bu qrant layihəsinə hücumu ilk olaraq Almaniya və Fransa tərəfindən may ayında çizilmiş planı pozmaqla təhdid edilir.

İtaliyanın Baş naziri Czeppe Konte "Facebook"da verdiyi açıqlamada "Biz çıxılmaz vəziyyətin astanasındayıq" deyib: "Bizim Hollandiya, habelə sözdə qənaətcil olan ölkələr ilə aramızda ciddi qarşıdurma var."

Kansler Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron pandemiyadan çökmüş cənub xalqlarının və xüsusən də İtaliyanın dövlət maliyyəsini qorunması üçün qrantlar şəklində yardımlar edilməsini irəli sürüblər və danışıqlarda iştirak edən əksər ölkələrin dəstəyini qazanıblar.

Sammitin ilk günü blokun zərər görmüş iqtisadiyyatının bərpasını nəzərdə tutan planın “havada qalması” səbəbi ilə narazılıqla bitib.Təhlükə altında olan yalnız ölkələrə veriləcək vəsaitin miqdarı deyil, həm də  Aİ-nin 27 üzvünə məntiqli həmrəylik təklif etmək və misilsiz maliyyə inteqrasiyasına təkan vermək bacarığıdır. Aİ nümayəndəsinə görə, iclaslara sədrlik edən Şura prezidenti Çarlz Mişel rəhbərlərə müqavilə əldə edilmədən binanı tərk etməyə icazə verilməyəcəyini söyləyib.

Hollandiya tələblərinə uyğun olaraq, şənbə günü səhər planına "super təcili əyləc" mexanizmi də daxildir ki, bu da üzv dövlətə vəsaitin lazımi şəkildə istifadə edilməsi ilə bağlı hər hansı sual yarandığı təqdirdə, ödənişləri dayandırmağa imkan verir. Hökumətlərin, Avropa Komissiyasının etiraz etməsi üçün ödəmənin təsdiqləməsindən etibarən 3 gün vaxt var, sonra bu məsələ ya Aİ liderləri, ya da maliyyə nazirlərinə yönləndiriləcək.

Diplomatlar Mişelin şənbə günü axşamı yeni bir təklif edəcəyini söyləyiblər.

M.Rutte bu vəsaitin həqiqətən də nəzərədə tutulduğu kimi, virusdan ən çox zərər görən cənub ölkələrinin iqtisadiyyatını bərpa edəcək layihələrə sərf olunacağı barədə tutarlı zəmanət verilməyəcəyi təqdirdə onlara “sədəqə” verilməsinə icazə verməyəcəyini deyib.

Digər ölkələr və ənənəvi olaraq milli xərclər planlarına nəzarət edən komissiya həddindən çox məhdudiyyətlərin tətbiq olunmasının fondun işinə zərər gətirməsindən və gələcək üçün yığılacaq siyasi problemlərdən narahatdır.

Aİ liderlərinin müzakirə etdiyi ümumi paket, təxminən, 1.8 trilyon avro dəyərindədir. Yalnız 1 trilyon avro blokun müntəzəm büdcəsindən verilən qrantlarda, əlavə 750 milyard avro isə təcili yardım dəstəyindən paylanacaq. Almaniya blokun büdcəsinə böyük miqdarda ianələr edir.

Bunun, təqribən, üçdə biri Aİ-ni aşağı karbonlu enerji mənbələrinə əaslanan iqtisadiyyata çevirən layihələrə təqdim olunmalıdır. İqlim dəyişikliyi ilə bağlı Paris Sazişinə uyğun olmayan xərclər təsdiqlənməyəcək və bu da potensial sövdələşməni indiyə qədər dünyanın yaşıllığa verdiyi ən böyük töhfə olacaq.

Plan həmçinin Aİ-nin gəlir əldə etməsinin yeni yollarını, o cümlədən 2021-ci ilin yanvarına qədər tətbiq ediləcək təkrar emal olunmamış plastik tullantılara vergini də tətbiq edəcək. Aİ gələn il karbon sərhədi tənzimlənməsi mexanizmi və rəqəmsal vergi sistemi ilə bağlı təkliflər verəcək ki, bu da ən azı 1 yanvar 2023-cü ilədək qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi