Ankarada "Heydər Əliyev: Şəxsiyyət və zaman" kitabının təqdimatı olacaq

Ankarada "Heydər Əliyev: Şəxsiyyət və zaman" kitabının təqdimatı olacaq Ankara şəhərində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın Türkiyə türkcəsinə çevrilmiş Heydər Əliyev: Şəxsiyyət və zaman (Haydar Aliyev: Şahsiyet ve Çağ, Kremlin`de Beş yıl, Dönüş) adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı keçiriləcək.
Xarici siyasət
10 Aprel , 2019 15:43
Ankarada Heydər Əliyev: Şəxsiyyət və zaman kitabının təqdimatı olacaq

Ankara şəhərində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın Türkiyə türkcəsinə çevrilmiş "Heydər Əliyev: Şəxsiyyət və zaman" (Haydar Aliyev: Şahsiyet ve Çağ, Kremlin`de Beş yıl, Dönüş) adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı keçiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki  səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.

Roman-tədqiqat “Teas Press” nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunub.

Xatırladaq ki, yazıçı-publisist Elmira Axundova "Heydər Əliyev: Şəxsiyyət və zaman" altıcıldliyinə görə Azərbaycanın dövlət mükafatına layiq görülüb.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi