Yuxarı

​Ankarada Azərbaycanın Silahlı Qüvvələr Günü münasibəti ilə qəbul təşkil olunub

Tədbirdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri iştirak edib

Bakı. 23 iyun. REPORT.AZ/ Ötən gün Ankarada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbir diplomatik nümayəndəlik tərəfindən təşkil edilib.

Qəbulda Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, onun müavini Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, diaspor nümayəndələrimiz, çox sayda millət vəkili, Türkiyə Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri və çox sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilib.

Ardından Azərbaycan səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış edərək qonaqları salamlayıb, ümummilli lider Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs edib, Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin milli ordumuzla bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.

Tədbir zamanı qonaqlara ziyafət verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi