Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib Ankara şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.
Xarici siyasət
153
10 İyun , 2021 18:34
Ankarada Azərbaycan və Türkiyə XİN-ləri arasında məsləhətləşmələr keçirilib
0 : 00
0 : 00

Ankara şəhərində Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələri keçirilib.

XİN-dən "Report"a məlumata görə, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalla görüşü baş tutub.

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi