Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin birgə iclası keçirilib

Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin birgə iclası keçirilib Hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair protokol imzalanıb
Xarici siyasət
28 Fevral , 2018 15:19
Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin birgə iclası keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Ankarada Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.

"Report"un məlumatına görə, toplantıda Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev təmsil ediblər. 

İclasda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava və hər iki ölkəni təmsil edən deputatlar iştirak ediblər. 

Toplantıda bir sıra regional məsələlər müzakirə olunub. Nümayəndə heyətləri beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair protokol imzalanıb.

Qeyd edək ki, toplantı iştirakçılarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi