​Ankara ilə Bakı qardaş şəhər elan olunacaq

​Ankara ilə Bakı qardaş şəhər elan olunacaq Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrinə bu protokolun imzalanması ilə bağlı səlahiyyət verilib
Xarici siyasət
11 May , 2016 11:29
​Ankara ilə Bakı qardaş şəhər elan olunacaq

Bakı. 11 may. REPORT.AZ/ Ankara ilə Bakının qardaşlaşmış şəhər elan olunması haqda protokol Türkiyə paytaxtının Böyük Şəhər Bələdiyyəsinin Məclisində təsdiqlənib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədrinə bu protokolun imzalanması ilə bağlı səlahiyyət verilib.

Qeyd edək ki, Bakı ilə Ankaranın qardaşlaşmış şəhər elan olunması məsələsi 2011-ci ildə gündəliyə gətirilsə də, ötən müddət ərzində bu ideyanın rəsmi təsdiqlənməsi istiqamətində fəaliyyət göstərilməyib. 

Son xəbərlər

Orphus sistemi