Bakı. 3 iyul. REPORT.AZ/ Latviyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik
Tərəflər Azərbaycanla Latviya arasında əməkdaşlığın inkişafından, o cümlədən hərbi sahədə əlaqələrdən məmnun oluduqlarını bildirib, digər istiqamətlərdə də tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinə əsasən Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının yerinə yetirilməməsi və digər məsələlər barədə Latviya tərəfinə məlumat verilib.
Müdafiə naziri ermənilərin Azərbaycan xalqına qarşı Xocalı şəhərində törədilmiş dəhşətli qətliama dair bəyanatla çıxış etdiyinə görə Latviya Seyminə və ümumilikdə Latviya xalqına minnətdarlığını bildirib.
Andreys Pildeqoviçs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini Latviyanın daim dəstəklədiyini diqqətə çatdırıb. O, bir sıra beynəlxalq, eləcə də Avropanın müxtəlif qurumlarında keçirilən tədbirlərdə Azərbaycanın haqlı mövqeyini Latviyanın daim dəstəkləndiyini və bundan sonra da bu mövqenin dəyişilməz qalacağını vurğulayıb.
Görüşdə beynəlxalq sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakı, ölkələrimizin təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmə və separatizmə qarşı qəti mövqeyinin nümayiş etdirilməsi, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair müzakirələr aparılıb.