Andrey Kortunov: "Rusiyanın Azərbaycanla əməkdaşlığı daha geniş olmalıdır”

Andrey Kortunov: "Rusiyanın Azərbaycanla əməkdaşlığı daha geniş olmalıdır” "Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət
Xarici siyasət
19 Noyabr , 2021 11:40
Andrey Kortunov: Rusiyanın Azərbaycanla əməkdaşlığı daha geniş olmalıdır”
Andrey Kortunov

"Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bu fikirləri Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib.

Rus dilinin iki xalq arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən ekspert bildirib ki, Qafqaz Rusiya üçün həmişə ortaq məkan olub və belə də olacaq: "Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər. Yüz illər ərzində Qafqazda qapalı sistem mövcud olub. Bu da çoxəsrlik problemlərdən biridir".

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətinə toxunan A.Kortunov obrazlı şəkildə deyib: "Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər".

Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur: "Region diqqət mərkəzində saxlanılmalıdır. Əməkdaşlığımız daha geniş olmalıdır".

Son xəbərlər

Orphus sistemi