Amerikalı politoloq: "Azərbaycan Avropa İttifaqının strateji müttəfiqidir"

Amerikalı politoloq: "Azərbaycan Avropa İttifaqının strateji müttəfiqidir" “Komissar Oliver Varhelyinin Bakıya səfəri Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında münasibətlərin mühüm halqasıdır”.
Xarici siyasət
10 İyul , 2021 12:10
Amerikalı politoloq: Azərbaycan Avropa İttifaqının strateji müttəfiqidir
Piter Teys

“Komissar Oliver Varhelyinin Bakıya səfəri Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında münasibətlərin mühüm halqasıdır”.

Bunu Avropa komissarının Bakıda verdiyi açıqlamaları “Report”a şərh edən amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys bildirib.

Ekspertin fikrincə, həmin səfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi gerçəkliyin Avropa İttifaqı tərəfindən qəbul edildiyini göstərir. Həmçinin komissar tərəfindən “post-münaqişə dövrü” istilahının dilə gətirilməsi də Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə, habelə ölkədə demokratiya və qanunçuluğa tərəfdar çıxmasına sübut olduğu diqqətə çatdırılıb: “Bakı Avrasiyanın paytaxtıdır, amma avropapərəst ab-havalı şəhərdir. Bunu Azərbaycanda yüksək səviyyəli multikulturalizm siyasəti, mədəniyyət diplomatiyası göstərir. Ölkə bütün bu təcrübəsini Avropa ilə də bölüşür”.

Amerikalı politoloqun sözlərinə görə, Avropa İttifaqı Ermənistanın Azərbaycan ərazisində basdırdığı piyada və tank əleyhinə minaların xəritəsini verməsi üçün bu ölkəyə bundan sonra da təzyiqlər davam etdirməlidir.

“Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün böyük imkanlara malikdir. Avropa Komissiyasının Azərbaycanın suveren torpaqlarında Ermənistanın faşist rejimi tərəfindən vəhşicəsinə dağıdılmış bir çox mədəniyyət və dini abidələrin bərpası üçün sərf olunacaq geniş maliyyə imkanları var”, – P.Teys deyib.

O vurğulayıb ki, tezliklə Avrasiyada mühüm beynəlxalq ticarət mərkəzinə çevriləcək Qarabağda Avropa İttifaqı şəhərlərin və infrastrukturun bərpası, kənd təsərrüfatı sahələrində layihələrə qoşula bilər”.

Son xəbərlər

Orphus sistemi