Yuxarı

Amerikalı həmsədr: "Azərbaycan, Rusiya və İranın regionun problemlərini müzakirə etməsində qeyri-adi heç nə yoxdur"

Əlbəttə, biz bu hadisələri izləyirik

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycan, Rusiya və İranın regionun problemlərini müzakirə etməsində qeyri-adi heç nə yoxdur".

"Report" xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

"Əlbəttə, biz bu hadisələri izləyirik. Belə bir görüşün baş tutmasında təəccüblü bir şey yoxdur. Əlbəttə, Rusiya Azərbaycanın şimal qonşusudur, İran isə cənub, ona görə bu ölkələrin regionun problemlərini müzakirə etməsində qeyri-adi heç nə yoxdur. Biz təkcə Rusiyanın deyil, bütün region ölkələrinin, danışıqlar prosesini dəstəkləyəcəklərinə ümid edirik. Mənim üçün Minsk qrupunun həmsədri kimi ən başlıcası budur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi