Yuxarı

AMEA vitse-prezidenti Misir Mədəniyyət Mərkəzində olub

Tərəflər yaxın günlərdə beynəlxalq ərəb dili gününün qeyd olunması ilə əlaqədar AMEA-da birgə tədbirin təşkil olunması müzakirə etdilər

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzində görüşdə olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Mərkəzin rəhbəri Əhməd Sami Elaydi qonağa Mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Azərbaycanın təhsil ocaqları, AMEA ilə əməkdaşlığından, o cümlədən misirli tələbələrin AMEA-da təhsil almasından danışıb.

Öz növbəsində, Mərkəzlə yaxından tanış olan İ.Həbibbəyli Azərbaycan və Misir arasında olan əlaqələrin möhkəmliyini vurğulayaraq bu əlaqələrin gələcəkdə də müxtəlif sahələrdə möhkəmlənməsinin vacibliyini qeyd edib.

Bundan başqa, tərəflər arasından yaxın günlərdə beynəlxalq ərəb dili gününün qeyd olunması ilə əlaqədar AMEA Ədəbiyyat İnstitutunda birgə tədbirin təşkil olunması müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi