Almaniyanın maliyyə dəstəyi ilə “Cənubi Qafqazda effektiv idarəetmə” layihəsi həyata keçiriləcək

Almaniyanın maliyyə dəstəyi ilə “Cənubi Qafqazda effektiv idarəetmə” layihəsi həyata keçiriləcək
Xarici siyasət
18 İyun , 2019 11:55
Almaniyanın maliyyə dəstəyi ilə “Cənubi Qafqazda effektiv idarəetmə” layihəsi həyata keçiriləcək

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edəcək “Cənubi Qafqazda effektiv idarəetmə” adlı layihə həyata keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, layihə ilə bağlı Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini Mzia Giorqobiani, maliyyə nazirinin müavini Giorgi Kakauridze və GİZ-in Yerli idarəetmənin inkişafı proqramının direktoru Kartsen Posse birgə sənəd imzalayıblar.

Layihənin məqsədi mərkəzi dövlət və yerli idarəetmə orqanlarında vətəndaşlar üçün nəzərdə tutulan xidmətlərin təkmilləşdirilməsidir.

Layihənin hədəf qrupu Azərbaycan, Gürcüstan və Ermənistanın kənd yerlərində yaşayan sakinlərdir.

GIZ təşkilatının layihənin həyata keçirilməsi üçün 15 mln. 600 min avro həcmində vəsait ayıracağı nəzərdə tutulub.