Yuxarı

Almaniyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılacaq

Almaniyanın keçmiş kansleri Helmut Şmidt 97 yaşında dünyasını dəyişib

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyində Almaniyanın keçmiş kansleri Helmut Şmidtin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq.

Bakıdakı diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, kitab noyabrın 16-17-də saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.

Qeyd edək ki, Almaniyanın sayca beşinci keçmiş kansleri, 1974-cü ildən 1982-ci ilə qədər hakimiyyətdə olan Helmut Şmidt noyabrın 10-da 97 yaşında Hamburqda dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi