Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Bakı. 7 mart. REPORT.AZ/ Almaniyanın sabiq xarici işlər naziri Klaus Kinkelin vəfat etməsi ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Xarici siyasət
7 Mart , 2019 17:38
Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 7 mart. REPORT.AZ/ Almaniyanın sabiq xarici işlər naziri Klaus Kinkelin vəfat etməsi ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

"Report" xəbər verir ki, martın 7-də və 11-də Almaniya səfirliyində həmçinin xatirə kitabı da açılacaq.

Almaniyanın sabiq XİN başçısı, Azad Demokrat Partiyasının (ADP) keçmiş sədri Klaus Kinkel martın 5-də 82 yaşında dünyasını dəyişib.

K.Kinkel 1992-1998-ci illərdə Almaniya XİN-ə rəhbərlik edib. Buna qədər isə o, ölkənin ədliyyə naziri olub. İstefadan sonra vəkillik işi ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi