Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır Azərbaycan ​xarici işlər naziri Elmar Məmmədyarov xanım Haydrun Tempeli qəbul edib
Xarici siyasət
4 Mart , 2016 15:38
Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi