Yuxarı
    Bağlamaq

    XİN: Almaniyadakı terror aktı nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır

    Biz Berlində törədilən, insan ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Biz Almaniyanın Berlin şəhərində törədilən, insan ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik". 

    "Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar yaydığı açıqlamada deyilir.

    "Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Almaniyadakı səfirliyimiz hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır", - deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, Almaniyanın paytaxtı Berlin şəhərində sürücünün yük maşınını Milad yarmarkası ziyarətçilərinin üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi