Almaniya XİN başçısı: "ATƏT məkanındakı münaqişələrin davamlı həllini tapmaq lazımdır"

Almaniya XİN başçısı: "ATƏT məkanındakı münaqişələrin davamlı həllini tapmaq lazımdır" "Aprel ayında Dağlıq Qarabağda yaşanmış vəziyyət barışıq əldə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi"
Xarici siyasət
8 Dekabr , 2016 13:33
Almaniya XİN başçısı: ATƏT məkanındakı münaqişələrin davamlı həllini tapmaq lazımdır

Bakı. 8 dekabr. REPORT.AZ/ "ATƏT məkanındakı münaqişələrə baxsaq, başa düşmək lazımdır ki, bu münaqişələrin davamlı həllini tapmaq lazımdır".

"Report" xəbər verir ki, bunu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir bu ilin aprel ayında regionda vəziyyətin yenidən pisləşdiyini bildirib.

"Vəziyyət barışıq əldə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi", - o vurğulayıb.

F.-V.Ştaynmayer münaqişə zonasında humanitar vəziyyətin yaxşılaşdırılmasının və münaqişə tərəfləri arasında etimad tədbirlərinin yaradılmasının əhəmiyyətini qeyd edib.

"Bütün bunlar hələ çox işləməli olduğumuzdan xəbər verir", - XİN rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi