Almaniya səfiri Naxçıvana səfər edib

Almaniya səfiri Naxçıvana səfər edib Mixael Kindsqrab muxtar respublikanın iqtisadi və turizm potensialı ilə tanış olub
Xarici siyasət
21 Aprel , 2017 19:36
Almaniya səfiri Naxçıvana səfər edib

Bakı. 21 aprel. REPORT.AZ / Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Naxçıvana səfər edib.

Səfirlikdən "Report" verilən məlumata görə, səfər çərçivəsində diplomat Naxçıvan Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb və Almaniya və Azərbaycan arasında münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Hər iki tərəf iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün danışıqları davam etdirmək barədə qərar verib. 

Səfir M.Kindsqrab muxtar respublikanın İqtisadiyyat naziri Famil Seydiov və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov görüşdə əsasən iqtisadiyyat və konsulluq məsələləri ilə əlaqədar müzakirələr aparılıb.

Səfir Naxçıvan Biznes Mərkəzində xüsusilə respublikanın kənd təsərrüfatı məhsulları, sənaye şəhəri hesab olunan Naxçıvanda 2010-cu ildən fəaliyyət göstərən NAZ-Lifan avtomobil zavodu ilə tanış olub. Bu zavodda Çin modellerinə uyğun olaraq minik avtomobillərinin yığılır.

M.Kindsqrab Naxçıvanda bir neçə muzeydə və Duz Dağı müalicə mərkəzində olmaqla muxtar respublikanın turizm potensialı ilə maraqlanıb. 

Səfər proqramı çərçivəsində Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev və alman dilini tədris edən müəllimlərlə görüş baş tutub. Tərəflər 2016-cı ildən özəl universitet və Lüdviq Maksimilian Münhen universiteti arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi