Səfir: Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır

Səfir: Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Almaniya və Avropanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanlarını daxilində dəstəkləməyə hazır olduğunu bildirib.
Xarici siyasət
19 fevral 2024 08:03
Səfir: Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəsinin və ümumilikdə Avropanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Yaxşı haldır ki, hər iki tərəf təkrar güc tətbiq edilmədən açıq məsələləri həll etməyə razılaşdı",-diplomat vurğulayıb.

Xatırladaq ki, fevralın 17-də Münxendə Almaniya Kansleri Olaf Şoltsun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Son xəbərlər

Orphus sistemi