​Almaniya mətbuatında qərəzli məlumatların dərc edilməsinin qarşısı alınacaq

​Almaniya mətbuatında qərəzli məlumatların dərc edilməsinin qarşısı alınacaq Almaniya-Azərbaycan Forumu Almaniya mətbuatında Azərbaycan haqqında qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlayıb.
Xarici siyasət
4 Sentyabr , 2014 17:29
​Almaniya mətbuatında qərəzli məlumatların dərc edilməsinin qarşısı alınacaq
Bakı. 4 sentyabr. REPORT.AZ/ Almaniya-Azərbaycan Forumu Almaniya mətbuatında 1988-2013-cü illərdə Azərbaycan haqqında birtərəfli, bəzi hallarda qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə fikirlər bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Almaniya-Azərbaycan Forumu arasında qrant müqaviləsinin imzalanması zamanı səsləndirilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici ölkə QHT-ləri üçün elan etdiyi müsabiqənin qaliblərindən biri olan Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayıb.

İmzalanan layihə çərçivəsində yaradılacaq informasiya portalının Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, eləcə də müstəqil dövlət olaraq əldə etdiyi bütün nailiyyətlər haqqında alman ictimaiyyətini yetərincə məlumatlandıracağı və Almaniyada Azərbaycan haqqında ilkin, etibarlı məlumat bazası olacağı deyilib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası xarici ölkə QHT-ləri üçün müsabiqənin elan etmişdi və həmin müsabiqənin qaliblərindən biri də Almaniya-Azərbaycan Forumu olub. Tədbirdə QHT Şurasının sədri Azay Quliyev, Almaniya-Azərbaycan Forumunun rəhbəri Hans-Eberhard Şlayer, Almaniya-Azərbaycan Forumu qəyyumlar şurasının üzvü Raynold Robben, Almaniya-Azərbaycan Forumunun baş katibi Mixail Butts iştirak edib.

Son xəbərlər

Orphus sistemi