Almaniya kansleri: "Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur"

Almaniya kansleri: "Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur" Bakı. 26 avqust. REPORT.AZ/ Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var.
Xarici siyasət
26 Avqust , 2018 00:42
Almaniya kansleri: Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur

Bakı. 26 avqust. REPORT.AZ/ "Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın. Bu məsələləri biz bu gün ətraflı müzakirə etdik, standartlarımız həmişə eynidir, perspektivdən dəyərləndirilir", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi