Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir

Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir Almaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm azərbaycanlıların, həm də ermənilərin dinc yaşayışının təmin edilməsində maraqlıdır. Sakinlərin ora qayıtması bütün regionun inkişafına öz töhfəsini verəcək.
Xarici siyasət
25 May , 2022 16:54
Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir
Volfqanq Maniq

"Almaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm azərbaycanlıların, həm də ermənilərin dinc yaşayışının təmin edilməsində maraqlıdır. Sakinlərin ora qayıtması bütün regionun inkişafına öz töhfəsini verəcək".

Bunu “Report”a Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

“Əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi sülh və barışığa səbəb olmalıdır...Əlbəttə ki, insanların etnik mənsubiyyəti əhəmiyyət kəsb etmir, əsas olan onların doğulduğu regiondur. Əvvəl-axır ora köçürülən azərbaycanlılar ermənilərlə, ermənilər isə azərbaycanlılarla ünsiyyət quracaqlar. Ümumi köçürülmə o deməkdir ki, azərbaycanlılar Xankəndinə, ermənilər isə Hadruta və s. qayıda biləcəklər”, -səfir deyib.

O, bu yaxınlarda Şuşaya baş tutmuş səfəri zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə bu məsələnin müzakirə olunduğunu bildirib: “Bu ərazilərin bərpa imkanları barədə fikir mübadiləsi apardıq”, - səfir deyib.

Volfqanq Maniq Azərbaycanın Dövlət Komitəsinin Almaniyanın ən yaxın tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, Almaniyada 1994-cü ildə qaçqınlarla bağlı xüsusi regional proqram qəbul olunub. Proqramın qəbul edilməsində məqsəd bu şəxslərin təhsilinin inkişaf etdirilməsi və gələcəkdə işlə təmin edilməsidir, lakin hazırda proqram köçürmə üçün nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi