Allahşükür Paşazadə: "Azərbaycan terrorla mübarizədə hər zaman Fransanın yanındadır"

Allahşükür Paşazadə: "Azərbaycan terrorla mübarizədə hər zaman Fransanın yanındadır" QMİ sədri Fransanın Azərbaycandakı səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb
Xarici siyasət
16 Noyabr , 2015 17:27
Allahşükür Paşazadə: Azərbaycan terrorla mübarizədə hər zaman Fransanın yanındadır

Bakı. 16 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb. "Report" xəbər verir ki, noyabrın 13-də Parisdə baş vermiş terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş kitab bu gün səfirlikdə açılıb.

Bir sıra xarici ölkənin səfirləri, dini və icma liderləri kədərini və Fransa ilə həmrəyliyini ifadə etmək üçün səfirliyə gəlib.

Parisdəki terror hücumu haqqında danışarkən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın terrorizmə qarşı mübarizədə həmişə Fransanın yanında olduğunu bildirib: "Bəzi qüvvələrin hədəf kimi Fransanı seçməsi təsadüfi deyil. Mən inanıram ki, Fransa öz yolundan dönməyəcək və terrorla mübarizəni davam etdirəcək".

Öz növbəsində, Fransanın Azərbaycandakı səfirti Aureliya Buşe dəstəyinə görə, A.Paşazadəyə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi