Ali Radanın deputatı: "Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir"

Ali Radanın deputatı: "Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir" Əfqan Salmanov Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb
Xarici siyasət
13 Fevral , 2015 17:31
Ali Radanın deputatı: Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Kiyevdə Ukrayna xalq deputatı, Ali Radanın Vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri seçilən Roman Nəsirovla görüşüb. 

"Report" xəbər verir ki, Ə.Salmanov R.Nəsirovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib. 

Fəxri konsul R.Nəsirovun bundan sonra da Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad ediməsi və ölkənin ərazi bütövlüyünün təmin olunmasına dair məsələlərin həllində iştirak edəcəyinə və Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş ərazilərin azad olunması ilə bağlı Ermənistana qarşı haqlı tələblərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib. 

R.Nəsirov qeyd edib ki, səsləndirilən istiqamətlər üzrə səmərəli əməkdaşlığa hazırdır. O vurğulayıb ki, Azərbaycan ərazilərinin işğalına görə beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər: "Əgər 20 ildən artıq müddətdə danışıqlar bir nəticə vermirsə, deməli yeni variantlardan istifadə etmək lazımdır, bu isə yalnız Ermənistana təzyiq göstərmək vasitəsilə mümkündür".

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri əmindir ki, bu münaqişəyə son qoyulmalı, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır.

R.Nəsirov həmçinin bildirib ki, bundan sonra da diaspor fəaliyyəti ilə fəal şəkildə məşğul olacaq, bütün qanuni metodlarla Ukraynada yaşayan azərbaycanlıların maraqlarını müdafiə edəcək.

Son xəbərlər

Orphus sistemi