Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Hakimlər Assosiasiyasının növbəti illik toplantısı keçirilib.
Bu barədə “Report”a Azərbaycanın Ali Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Azərbaycan Məhkəmə Hakimlərinin Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov iştirak ediblər.
Tədbir çərçivəsində üzv dövlətlərdə hakimlərin müstəqilliyinin təminatı məsələləri müzakirə edilib. Eyni zamanda, hakimlərin söz və fikir azadlıqlarının qorunması, media və məhkəmə hakimiyyəti arasında əlaqələrin standartlarının müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda Avropa Hakimlər Assosiasiyası tərəfindən müvafiq qətnamələr qəbul edilib.

