Ali Məclisin deputatı Avropa Şurasının komitəsində 1-ci vitse-prezident seçilib

Ali Məclisin deputatı Avropa Şurasının komitəsində 1-ci vitse-prezident seçilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.
Xarici siyasət
24 Oktyabr , 2023 11:25
Ali Məclisin deputatı Avropa Şurasının komitəsində 1-ci vitse-prezident seçilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Aidə Cəlilzadə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov rəsmi feysbuk hesabında paylaşım edib.

"Milli nümayəndə heyətimizin üzvü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin 1-ci vitse-prezidenti seçilmişdir. Dəyərli həmkarımız Aidə Cəlilzadə xanımı təbrik edirəm, dövlətimiz və millətimiz üçün xeyirli olsun", - paylaşımda bildirilib.

Son xəbərlər

Orphus sistemi