“Siyasi iradə olarsa, 15 gün ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalanmaq mümkündür”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Bütün fundamental məsələlər üzrə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub”, - o qeyd edib.
A.Simonyan deyib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur. Spikerin sözlərinə görə, Ermənistan bununla bağlı istənilən təklifi müzakirə etməyə hazırdır.