Albaniya Prezidenti Azərbaycana gələcək

Albaniya Prezidenti Azərbaycana gələcək İlir Meta VII Qlobal Bakı forumunda iştirak edəcək
Xarici siyasət
1 Fevral , 2019 15:02
Albaniya Prezidenti Azərbaycana gələcək

Bakı. 1 fevral. REPORT.AZ/ Albaniya Prezidenti İlir Meta mart ayında Bakıya gələcək. 

"Report" xəbər verir ki, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir.

Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Son xəbərlər

Orphus sistemi