Aktauda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

Aktauda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub Bu münasibətlə Azərbaycan konsulluğunda təntənəli qəbul keçirilib
Xarici siyasət
23 Oktyabr , 2016 10:57
Aktauda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki konsulluğunda respublikanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təntənəli qəbul mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə çıxış edən baş konsul Elxan Zeynalov Azərbaycanın 25 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

O, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqedən və turizm potensialından söz açıb.

Tədbirdə Aktau vilayəti və rəhbəri adından vilayət akiminin müavini Rakimbek Amirjanov iştirak edib. İki ölkə arasında tarixi-mədəni ələqalərə toxunan Qazaxıstan rəsmisi hazırda münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi