Aktauda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar fotosərgi təşkil olunub

Aktauda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar fotosərgi təşkil olunub Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib
Xarici siyasət
19 Yanvar , 2015 12:16
Aktauda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar fotosərgi təşkil olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu bu şəhərdə fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyəti ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar mərasimi keçirib. "Report"un məlumatına görə, tədbirdə yerli hökumət qurumlarının, Aktau şəhərində yerləşən diplomatik missiyaların nümayəndələri, ali və orta təhsil müəssisələrinin üzvləri, bu şəhərdə yaşayan azərbaycanlılar, habelə KİV nümayəndələri iştirak edib.

Tədbirdən öncə 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi təşkil olunub, faciə ilə bağlı rus, ingilis və Azərbaycan dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnallar nümayiş etdirilib.

Baş konsul Rəşad Məmmədov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 19-20 yanvarında baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verib. Baş konsul Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edərək, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.

Daha sonra 20 Yanvar faciəsi ilə bağlı Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edib, uzun illər vilayətdə yaşayan azərbaycanlı şair Rövşən Həsənli faciə ilə bağlı şeirlər oxuyub. 

Son xəbərlər

Orphus sistemi