Akkan Suver: "Almaniya Bundestaqının bu qərarı tarixə qara ləkədir"

Akkan Suver: "Almaniya Bundestaqının bu qərarı tarixə qara ləkədir" “25 il qabaq baş verənləri görməzdən gələnlərin bu gün 100 il əvvəlki hadisələrlə maraqlanması məntiqsizdir”
Xarici siyasət
2 İyun , 2016 21:00
Akkan Suver: Almaniya Bundestaqının bu qərarı tarixə qara ləkədir

İstanbul. 2 iyun. REPORT.AZ/ “25 il qabaq baş verənləri görməzdən gələnlərin bu gün 100 il əvvəlki hadisələrlə maraqlanması məntiqsizdir”.

Bunu “Report”a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin prezidenti, doktor Akkan Suver Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə bir qərar qəbuledilməzdir: “Almaniya Bundestaqının səs çoxluğu ilə verdiyi qərar nəticəsində soyqırım kəlməsinin istifadə edilməsi xoşagəlməz addımdır. Bunu qəti şəkildə qınayırıq. Bu qərardan Almaniya Türkiyə münasibətlərinin ciddi ziyan görəcəyindən çəkinirəm. Türkiyə hökuməti səfirini Almaniyadan geri çağırdı. 

Ermənistanın oyununa gələn Almaniya Bundestaqı Türkiyə-Almaniya münasibətlərində mövcud əlaqələri səhv qərarla qeyri-düzgün yola sürükləyir. Bundestaqın bu qərarı tarixə qara ləkədir. Dünya bilir ki, türklərin keçmişində əsla qəddarlıq yoxtur. Amma ermənilərin bütün tarixi qan və vəhşiliklə doludur”.

A.Suver vurğulayıb ki, Türkiyə II Dünya müharibəsində Almaniyadan qaçan müxalifləri qəbul edib: “Türk soyunun keçmişi məlumdur. Biz Qarabağı unutmadıq. Bu gün 25 və 70 il əvvəl baş verənləri unudanlar bizi soyqırımda günahlandırırlar”. 

Son xəbərlər

Orphus sistemi