Yuxarı

Aİ XİN başçıları "Şərq Tərəfdaşlığı" ölkələrinin nümayəndə heyətləri ilə danışıqlar keçirəcək

Aİ-nin 28 ölkəsinin XİN başçılarının  qeyri-rəsmi görüşü bu gün Bratislavada başlayacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa İttifaqına daxil olan 28 ölkənin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, iki günlük iclas zamanı Aİ ölkələrinin XİN başçıları Türkiyə ilə münasibətlər, Ukraynadakı böhran kontekstində Rusiya ilə münasibətlər, Böyük Britaniyanın Aİ-yə üzvlükdən çıxışla bağlı iyunda keçirilən referendum kimi məsələləri müzakirə edəcək.

İclas çərçivəsində, həmçinin "Şərq tərəfdaşlığı" ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) nümayəndə heyətləri ilə görüş planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi