Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşünə hazırlıq məsələlərini müzakirə edəcək

Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşünə hazırlıq məsələlərini müzakirə edəcək Avropa İttifaqının (Aİ) Xarici Siyasət Şurası aprelin 8-də Lüksemburqda Şərq Tərəfdaşlığı Proqramı ətrafındakı vəziyyəti müzakirə edəcək.
Xarici siyasət
1 aprel 2019 08:29
Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının görüşünə hazırlıq məsələlərini müzakirə edəcək

Avropa İttifaqının (Aİ) Xarici Siyasət Şurası aprelin 8-də Lüksemburqda "Şərq Tərəfdaşlığı" Proqramı ətrafındakı vəziyyəti müzakirə edəcək.

Bu barədə "Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr bu il mayın 13-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin Xarici İşlər Nazirləri Şurasına hazırlıq çərçivəsində keçiriləcək.

İclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini başçılıq edəcək.

Xarici Siyasət Şurası həmçinin Əfqanıstandakı münaqişənin həlli üzrə sülh danışıqlarını, onun siyasi həll yolunun əldə olunması üzrə səyləri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi