​Aİ "Şərq Tərəfdaşlığı" ölkələri KİV-lərinin inkişafına 70 mln. avro ayıracaq

​Aİ "Şərq Tərəfdaşlığı" ölkələri KİV-lərinin inkişafına 70 mln. avro ayıracaq Riqada "Şərq Tərəfdaşlığı" ölkələrinin Birinci Media konfransı başa çatıb
Xarici siyasət
21 May , 2015 08:18
​Aİ Şərq Tərəfdaşlığı ölkələri KİV-lərinin inkişafına 70 mln. avro ayıracaq

Bakı. 21 may. REPORT.AZ/ "Ötən dörd il ərzində kütləvi informasiya vasitələri ilə bağlı proqramların həyata keçirilməsi üçün "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrə təqribən 70 milyon avro vəsait ayrılıb. Yaxın illər ərzində bir o qədər vəsait də ayrılacaq".

"Report" xəbər verir ki, bu barədə Riqada "Şərq Tərəfdaşlığı" ölkələrinin I Media konfransını bağlı elan edən Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han məlumat verib.

Konfrans zamanı KİV nümayəndələri və proqram ölkələrinin ekspertləri medianın vəziyyəti və onların regionda rolu ilə bağlı fikir mübadiləsi aparıblar, mətbuat işçilərinin qarşılaşdığı problemləri müzakirə ediblər.

Konfrans zamanı jurnalistlər şəbəkəsinin yaradılması, KİV işçilərinin peşəkarlıq səfiyyəsinin artırılması ilə bağlı təkliflər səsləndirilib.

Komissar Yohannes Han çıxışı zamanı qeyd edib ki, mətbuat azadlığı istənilən demokratik uğurlu cəmiyyətin kökündə durur, bu səbəbdən peşəkar jurnalistikaya dəstəyi davam etdirmək son dərəcə vacibdir:

"İnsanların müxtəlif, keyfiyyətli, obyektiv və müstəqil informasiyaya çıxışının olması vacibdir. Azad və müstəqil KİV "Şərq Tərəfdaşlığı" ölkələri üçün vacibdir",- deyə Y. Han bildirib.

O qeyd edib ki, Aİ regionda KİV-in inkişafına dəstək göstərməyə hazırdır.

Aİ komissarı, həmçinin televiziyanın xüsusi rolunu qeyd edərək bildirib ki, "Şərq Tərəfdaşlığı" ölkələrində əhalinin 80 %-dən çoxu informasiyanı televiziyadan alır.

Son xəbərlər

Orphus sistemi