Aİ səfiri: Şərq Tərəfdaşlığı proqramı heç zaman Rusiyaya qarşı yönəlməyib

Aİ səfiri: Şərq Tərəfdaşlığı proqramı heç zaman Rusiyaya qarşı yönəlməyib Şərq Tərəfdaşlığı sammitinin yekunlarına görə birgə bəyannamə qəbul olunacaq
Xarici siyasət
6 May , 2015 12:57
Aİ səfiri: Şərq Tərəfdaşlığı proqramı heç zaman Rusiyaya qarşı yönəlməyib

Bakı. 6 may. REPORT.AZ/ "Biz ümid edirik ki, Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində birgə bəyannamə qəbul ediləcək və Azərbaycan, digər iştirakçılar kimi bu proqrama qoşulacaq". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərfdaşlığı sammitini şərh edərkən bildirib. 

O, bəyannamənin bütün iştirakçı dövlətlər tərəfindən imzalanacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, həmin sənəddən bu kontekstdə çox şey gözləyir. 

Bu proqramın Rusiyaya qarşı neqativ münasibətindən danışan M.Mard vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramı heç zaman Rusiyaya qarşı yönəlməyib: "Mən bu bəyanatların nə üçün verildiyini bilmirəm, çünki proqram Rusiya əleyhinə deyil və heç zaman da olmayıb. O, Avropa Qonşuluq Siyasəti proqramı ölkələri üçün həyata keçirilir. Əksinə, biz daha firəvan və sabit qonşuluq münasibətləri qursaq, Rusiya da daxil olmaqla, bu bütün tərəfdaş ölkələrin xeyrinə olar", - Aİ səfiri bəyan edib.

Son xəbərlər

Orphus sistemi