Aİ səfiri: "Rəqəmli və "yaşıl" texnologiyaların tətbiqi inkişafın əsas hədəfidir"

Aİ səfiri: "Rəqəmli və "yaşıl" texnologiyaların tətbiqi inkişafın əsas hədəfidir" Brüseldə keçiriləcək Şərq Tərəfdaşlığının zirvə görüşü bu proqramın qarşıdakı illər üçün daha çox yaşıl texnologiyalar baxımdan daha mühüm olan istiqamətlərdə inkişaf perspektivlərini ortaya qoyacaq.
Xarici siyasət
30 Noyabr , 2021 16:34
Aİ səfiri: Rəqəmli və yaşıl texnologiyaların tətbiqi inkişafın əsas hədəfidir

"Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının zirvə görüşü bu proqramın qarşıdakı illər üçün daha çox "yaşıl" texnologiyalar baxımından mühüm olan istiqamətlərdə inkişaf perspektivlərini ortaya qoyacaq".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib. O, hətta böhran və pandemiya dövründə belə inkişafa dəstək olan rəqəmli texnologiyaların tətbiqini də başlıca hədəflərdən biri olaraq dəyərləndirib.

“Konkret proqramlar vasitəsilə biz kənd təsərrüfatında insanlar üçün, ətraf mühit üçün mühüm olan nəticələr əldə olunmasına təkan verə bilərik” – deyə diplomat qeyd edib.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı ölkələrinin zirvə görüşü dekabrın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi