Aİ səfiri: “Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq”

Aİ səfiri: “Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq” Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır.
Xarici siyasət
22 Yanvar , 2020 11:43
Aİ səfiri: “Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayırıq”
Kestutis Yankauskas / Report / Elchin Murad

"Avropa İttifaqı (Aİ) Azərbaycanın parlament seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət etməsini alqışlayır".

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

“Seçkilər dünyanın əksər ölkələrində, o cümlədən Avropa İttifaqı ölkələrində keçirilən normal prosesdir. Onların beynəlxalq standartlara uyğun keçiriləcəyi gözlənilir. Bu baxımdan Azərbaycanın ATƏT DTİHB və AŞPA beynəlxalq müşahidəçilərini seçkilərə dəvət etməsini alqışlayırıq”, - səfir deyib.

K.Yankauskas qeyd edib ki, Aİ əvvəl olduğu kimi, Azərbaycanın yeni parlamenti ilə də işləməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi