Bakı. 7 aprel. REPORT.AZ/ "Bu günə qədər Azərbaycanla 45 tvinninq-layihə həyata keçirdiyimizə və ya keçirməyə davam etdiyimizə görə məmnunuq. Azərbaycan tvinninq-layihələr üzrə "Şərq tərəfdaşlığı" regionda liderdir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.
O, bu layihələrin nəticələrinin həm Aİ, həm də Azərbaycan üçün uğurlu olduğunu bildirib: "Bu, iki tərəf arasında əlaqələri gücləndirməyə imkan verib. Son beş il ərzində Aİ-nin 1000-dən çox eksperti tvinninq-layihələr üzərində işləyib, eləcə də Aİ ölkələrinə 100 təlim səfəri həyata keçirilib".
M.Mard statistika, sosial rifah, ətraf mühit və s. sahələrdəki layihələrin daha uğurlu olduğunu qeyd edib.