Aİ səfiri: “Azərbaycan ilə yeni saziş münasibətlərimizi yeni səviyyəyə çıxaracaq”

Aİ səfiri: “Azərbaycan ilə yeni saziş münasibətlərimizi yeni səviyyəyə çıxaracaq” “Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”.
Xarici siyasət
15 dekabr 2022 07:39
Aİ səfiri: “Azərbaycan ilə yeni saziş münasibətlərimizi yeni səviyyəyə çıxaracaq”

“Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”.

"Report" xəbər verir ki, bunu dekabrın 15-də Bakıda keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Səfir bu saziş üzrə danışıqların davam etdiyini və bu baxımdan artıq növbəti mərhələyə keçildiyini vurğulayıb.

“Bu saziş imzalanarsa, münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksələcək və daha əhəmiyyətli nəticələr əldə ediləcək. Yaxın zamanda bu sazişi imzalayacağımıza ümid edirik”, - o bildirib.

Səfir danışıqların bu həftə ərzində də davam etdirildiyini söyləyib. 

P.Mixalko Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin rekord səviyyədə artdığını vurğulayıb.

O, mətbuat konfransı zamanı aldığı ən son məlumatlara görə, Azərbaycan məhsullarının 50 faizindən çoxunun Avropa bazarlarına çıxarıldığını deyib.

Xatırladaq ki, bu ilin 10 ayı ərzində Azərbaycan ümumi dəyəri 32,6 milyard avrodan çox olan məhsul ixrac edib. Eyni zamanda, ötən il Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15,4 milyard avronu keçib ki, bu da Azərbaycanın ümumi ixracının 44%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi