Bakı. 10 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqazda və Gürcüstandakı böhran məsələləri üzrə xüsusi nümayəndəsi Herbert Zalber Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşündə deyib.
O, Aİ-nin ATƏT-in Minsk qrupunun məsələnin yalnız sülh yolu ilə həllinə dair səylərini dəstəklədiyini də bildirib.