Aİ-nin xüsusi nümayəndəsi Bərdədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə olub

Aİ-nin xüsusi nümayəndəsi Bərdədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə olub Avropalı qonaqlar məcburi köçkünlərin təhsil aldığı orta məktəbə də baş çəkiblər
Xarici siyasət
1498
27 Oktyabr , 2016 13:50
Aİ-nin xüsusi nümayəndəsi Bərdədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə olub

Bərdə. 27 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberin rəhbərlik etdiyi nümayəndə heyəti Bərdə rayonuna səfər edib. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, xarici diplomatlar rayon ərazisində məcburi köçkünlər üçün salınmış şəhərciyə gedib, onlar üçün yaradılmış şəraitlə tanış olublar. Eyni zamanda, avropalı qonaqlar məcburi köçkünlərin təhsil aldığı orta məktəbə də baş çəkiblər. 

Bildirilib ki, dövlət tərəfindən məcburi köçkünlər üçün nə qədər yaxşı şərait yaradılsa da, onlar bu gün də vətən həsrəti ilə yaşayırlar və Azərbaycanın erməni işğalı altında olan torpaqlarının tezliklə azad edilməsini istəyirlər. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün beynəlxalq təşkilatlar səylərini daha da artırmalıdırlar. 

Son xəbərlər

Orphus sistemi