Yuxarı

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Səfər zamanı qoşunların təmas xəttindəki mövcud vəziyyət müzakirə ediləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycana gəlir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.Zalber aprelin 15-də Bakıda hökumət rəsmiləriylə bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki mövcud vəziyyət müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi