Aİ-nin Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsinin adı "qara siyahı"dan çıxarılıb

Aİ-nin Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsinin adı "qara siyahı"dan çıxarılıb "Peter Semnebi Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflədiyini bildirib"
Xarici siyasət
29 Aprel , 2015 19:15
Aİ-nin Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsinin adı qara siyahıdan çıxarılıb
Semnebi

Bakı. 29 aprel. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi və hazırda İsveçin Əfqanıstanda səfiri olan Peter Semnebi adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib. "Report"un məlumatına görə, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Peter Semnebi məktubunda adının arzuolunmaz şəxslər siyahısında olmasını qeyd edərək, Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini bildirib: "Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən Peter Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflədiyini bildirib və üzrxahlığını ifadə edib". 

H.Hacıyev deyib ki, Peter Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib: "Onun 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib".

Son xəbərlər

Orphus sistemi