Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi sentyabrda Bakıya gələcək

Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi sentyabrda Bakıya gələcək Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Piter Miçalko sentyabr ayında Bakıya gələcək.
Xarici siyasət
18 Avqust , 2021 12:27
Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi sentyabrda Bakıya gələcək
Piter Miçalko

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Piter Miçalko sentyabr ayında Bakıya gələcək.

“Report” xəbər verir ki, diplomat öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, avqustun 4-də Aİ-nin ali komissarı Jozep Borrel slovakiyalı diplomat Piter Miçalkonun Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi təyin edildiyini açıqlamışdı.

O, daha əvvəl Avropa İttifaqının Moldovadakı nümayəndəliyinin rəhbəri, ondan əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi