Yuxarı

Aİ-nin ali nümayəndəsi Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak edəcək

Federika Mogerininin Azərbaycana səfər proqramı açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin Azərbaycana səfərinin proqramı açıqlanıb. Aİ-nin Azərbaycan Nümayəndəliyindən "Report"a verilən məlumatı görə, F.Mogerini fevralın 29-da Azərbaycana, martın 1-də Ermənistana səfər edəcək.

Qonaq Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. O, eyni zamanda Avropa Komissiyasının Energetika İttifaqının vitse-prezidenti Maroş Şefçoviçlə birgə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak edəcək.

F.Mogerini həmçinin vətəndaş cəmiyyətinin nümayəndəriylə görüşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi