Aİ missiyasının rəhbəri: "Avropalı parlamentarilər azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlıdır"

Aİ missiyasının rəhbəri: "Avropalı parlamentarilər azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlıdır" "Aİ Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır"
Xarici siyasət
1 Oktyabr , 2016 14:46
Aİ missiyasının rəhbəri: Avropalı parlamentarilər azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlıdır

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Dünən Azərbaycan Milli Məclisinin Avronestə qayıtmaqla bağlı məsələyə yenidən baxılmasına qərar verməsinə görə şadam".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Bakıya səfərə gələn avropalı parlamentarilər azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını açıq-aydın bildiriblər.

Aİ və Azərbaycan arasında bağlanacaq strateji sazişin hazırlanmasının hansı mərhələdə olduğu barədə danışan M.Mard İttifaqın Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. O, tezliklə bunun qanunvericilik səviyyəsində əks olunacağına ümidvar olduğunu da əlavə edib.

Son xəbərlər

Orphus sistemi