Yuxarı

Aİ komissarı Bakıda Avropa Qonşuluq Siyasətini müzakirə edəcək

Bu, Yohannes Hanın Azərbaycana ilk səfəridir

Bakı. 6 aprel. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han aprelin 7-9-da Azərbaycana səfər edəcək.

"Report" "Aİ-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Bakıya səfərinin sonunda Y.Han Avropa Qonşuluq Siyasətinin yenilənməsinə dair məsləhətləşmələr çərçivəsində müzakirələr aparacaq, eləcə də mayın sonlarında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitini və Azərbaycanla Aİ arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcək.

Bu, Y.Hanın Azərbaycana ilk səfəridir. 

Qeyd edək ki, yaxın 4 ay ərzində Aİ Avropa Qonşuluq Siyasəti proqramına yenidən baxılması məsələsinə dair məsləhətləşmələr aparır. Yenilənən proqramın oktyabr ayına qədər qəbul olunacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi